
Bakı. Trend:
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final
mərhələsinin püşkü atılıb.
Trend xəbər
verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliyanın
“Benkifa” klubu ilə qarşılaşacaq.
Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK
(Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə
gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də
Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.
1/4 final oyunları isə 23 fevral 6 mart tarixlərində baş
tutacaq.
Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub.
Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.

