Bakı. Trend:
Ukraynanın Pavloqrad şəhəri və Dneprepetrovsk vilayətinin bir
sıra yaşayış məntəqələri tamamilə işıqsız qalıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi
administrasiyasının rəhbəri Vladislav Qayvanenko öz “Telegram”
kanalında yazıb.
Elektrik enerjisi təchizatının dayandırılması Ukrayna KİV-də
Pavloqrad şəhərində partlayışla bağlı xəbərlərin yayılması fonunda
baş verib.
“Şəhər və Sinelnikov icmasının bəzi yaşayış məntəqələri işıqsız
qalıb”, – deyə Qayvanenko yazıb.
Yerli media davam edən döyüşlər fonunda Dnepropetrovsk
vilayətində infrastruktura ziyan dəydiyini qeyd edir.

