Bakı.Trend:
8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk
olunub. Bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Biz
bu günü hər zaman böyük sevinc və fəxarətlə yad edəcəyik. Bu şanlı
tarix Azərbaycan xalqının əzmini, birliyini, dövlətimizin gücünü,
yenilməz və rəşadətli Ordumuzun qəhrəmanlığını bir daha dünyaya
sübut etdi.
Trend xəbər
verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri Sahib Məmmədov 8 Noyabr- Zəfər Günü münasibətilə
keçirilən tədbirdə bildirib.
O deyib ki, Azərbaycan əsgəri döyüş meydanında, xalq isə arxa
cəbhədə bir məqsədlə – Vətən uğrunda qalib gəlmək əzmi ilə
birləşib: “Hər bir vətəndaş bu Qələbəyə öz töhvəsini verdi. 44
günlük Vətən müharibəsi tarixdə həm də vətənpərvərliyin,
həmrəyliyin və fədakarlığın ən ali nümunəsi kimi qalacaq”.

