Bu marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş
məmnuniyyətinin artırılması məqsədilə 71 nömrəli müntəzəm marşrut
xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən
həyata keçirəcək.




Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat
Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut
üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət
göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı
ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Gedişhaqqı 0,60 AZN müəyyən edilib.