Neftçalanın 3 kəndində qaz kəsiləcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı.trend:

Neftçalanın 3 kəndinin qaz təchizatında fasilə yaranacaq

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Neftçala rayonu Xolqarabucaq kəndində yerləşən
tam orta məktəbin təbii qazla təmin edilməsi ilə bağlı yeni
çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi
məqsədi ilə əlaqədar 07.11.2025-ci il saat 10:00-dan qaz
təminatında fasilə yaranacaq.

Qaz təchizatında yaranacaq fasilə Neftçala rayonunun
Xolqarabucaq, Xoltəzəkənd və Xəzərkənd kəndlərində yaşayan 835
abonenti əhatə edəcək.