Azərbaycan millisinin heyətində dəyişiklik olub

Baş səhifə

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının
heyətində dəyişiklik baş verib.

AFFA-dan Trend-ə verilən
məlumata görə, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi
Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli
U-19-a dəvət alıb.




Qeyd edək ki, komanda U-19 Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də
isə Malta yığması ilə qarşılaşacaq.