Bakı. Trend:
“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir
Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya
şikayəti üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Trend xəbər
verir ki, Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayəti təmin
edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə
saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay,
Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6
il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə aşağı instansiya
məhkəməsinin hökmü dəyişdirilib. Generalın cəzası 9 il 6 aydan 3 il
endirilərək 6 il 6 ay qəti cəza saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə ittiham edilib.

