AMB “AFB Bank”ı və onun vəzifəli şəxsini cərimələyib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-ni və onun
vəzifəli şəxsini cərimə edib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan
cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə
əlaqədar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati
Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci
maddələrinə əsasən “AFB Bank” ASC 50 000 (əlli min) manat
məbləğində, “AFB Bank” ASC-nin vəzifəli şəxsi isə 10 000 (on min)
manat məbləğində cərimə edilib”, – məlumatda vurğulanıb.