7 Avropa ölkəsi Aİ-yə Rusiya mallarına gömrük rüsumu tətbiq etməyi təklif edib

Baş səhifə
7 Avropa ölkəsi Aİ-yə Rusiya mallarına gömrük rüsumu tətbiq etməyi təklif edib

Avropa İttifaqının (Aİ) yeddi ölkəsi – Finlandiya, İsveç, Almaniya, Polşa, Estoniya, Latviya və Litva Avropa Komissiyasına (AK) Rusiya mallarına gömrük rüsumu tətbiq etməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Aİ-nin yeddi ölkəsi Avropa Komissiyasının 2024-cü ildə ixrac gəliri 5,4 milyard avro təşkil edən Rusiya mallarına gömrük rüsumlarının tətbiqini təklif etməli olduğunu bildirib”, – nəşr qeyd edir.

Daha əvvəl AK Rusiya neftinin idxalına gömrük rüsumlarının artırılması təklifini təqdim etməyi planlaşdırdığını bildirmişdi.