Paşinyan: Ermənistan artıq bu gün Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırdır

Baş səhifə
Paşinyan: Günü bu gün Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq

Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.

“Report”un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.