
Bakı.Trend:
2025-ci il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana
qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.
Trend xəbər verir
ki, toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının sədri, professorFuad Məmmədov qarşıdan gələn Zəfər
Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü
münasibətilə iştirakçıları təbrik edib.
F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr
olunmuş yığıncaqda Prezidentİlham Əliyevin proqram xarakterli
çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və
vəzifələr müəyyən edir.
Həmçinin çıxışçılar arasında “Qərbi Azərbaycana qayıdış”
mövzusunda ictimai müzakirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun
İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Azərbaycan Kartoqrafları”
İctimai Birliyinin sədri Müqabil Bayramov, “Konstitusiya”
Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Mirzə Ələkbər
Sabir Fondunun sədri Sevda Tahirli, Azərbaycan Gənc Müəllimlər
Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova, “Çapar-Milli İrsin
Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd də yer
alıb.
İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış”
mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu
istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara
alınıb.

