
Bakı. Trend:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının
rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə
oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik
mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının
rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı,
tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il
yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,
yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı
və satışı ƏDV-dən azaddır.
Növbəti ildən sözügedən güzəşt tətbiq edilməyəcək.

