Özbəkistana mediaturun üçüncü günü çərçivəsində Azərbaycanın media nümayəndələri Xivə rayonunda “Khiva Cluster LLC” tekstil klasterinin tərkibindəki müəssisəni ziyarət ediblər.
“Report”un Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, fabrik 2023-cü ilin noyabr ayında istifadəyə verilib.
Fabrikin illik gücü 7 min tona qədər iplik, 4 min ton trikotaj parça və 10 milyon ədədə qədər tikiş və trikotaj məhsullarıdır.
Müəssisənin ixrac potensialı ildə təxminən 15 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

