Ağdərədə yük maşını aşdı – Sürücü ağır yaralandı

Baş səhifə

Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, “HOWO” markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)