Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus
mənzildə müvəqqəti məskunlaşmış 198 ailə
(708 nəfər) köçürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma
işləri sürətlə davam edir:




“İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır
şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif
müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus
mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər
köçürülür”.

Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda
olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi
ilə təmin edilirlər.