Yer kürəsində zəif maqnit qasırğası başlayıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 6-da Yer kürəsində zəif kimi qiymətləndirilən G1
sinifli maqnit qasırğası başlayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın “Fobos” hava
mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün “Telegram”
kanalında yazlb.

Onun sözlərinə görə, günəşdə baş verən partlayışlar gecə
yarısından sonra başlayan maqnit qasırğasına səbəb olub.




“Onun intensivliyi orta, G2 sinif səviyyəsinə çatırdı. Hazırda
maqnit qasırğası bir qədər zəifləyib və zəif, G1 səviyyəsinə
uyğundur”, – deyə bildirilib.

Sinoptikin sözlərinə görə, geomaqnit pozuntuları 6 noyabr tarixi
ərzində davam edəcək, vaxtaşırı zəif və orta maqnit qasırğaları
olacaq.