Yaponiya və ABŞ nadir torpaq metalları ilə bağlı əməkdaşlıq etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Yaponiya və ABŞ Minamitorişima adası sahillərindəki okean
dibindən nadir torpaq metallarının çıxarılmasında əməkdaşlıq etməyi
planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Baş naziri Sanae
Takaiçi deyib.

“Nadir torpaq metallarının hasilatı üçün müxtəlif metodların
yaradılması həm Yaponiya, həm də ABŞ üçün vacibdir. Minamitorişima
adası sahillərində nadir torpaq metal yataqlarının işlənməsi
sahəsində Yaponiya-Amerika əməkdaşlığı üçün konkret yolları
araşdırmağa davam edəcəyik”, – deyə o, parlamentdə çıxışı zamanı
deyib.




Minamitorişima adası rəsmi olaraq Tokio prefekturasının bir
hissəsidir, lakin Yaponiyanın materik hissəsindən təxminən 1900 km
məsafədə yerləşir.

Takaiçinin sözlərinə görə, elmi araşdırmalar adanın
yaxınlığındakı okean dibində müxtəlif mineralların, o cümlədən
nadir torpaq metallarının olduğunu göstərib.