Avropa İttifaqı mülki vəsaitləri hərbi məqsədlərə yönəldəcək

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Avropa
Komissiyasının təşəbbüsü ilə bağlı müvəqqəti qərar qəbul etdi. Bu
təşəbbüs Aİ-nin mülki vəsaitlərinin hərbi ehtiyaclara yenidən
bölüşdürülməsinə imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının
bəyanatında bildirilib.

Məlumata əsasən, onlar həmçinin Ukraynanın Avropa Müdafiə
Fonduna qoşulmasını dəstəkləyiblər.




“Avropa İttifaq Şurası və Avropa Parlamenti Avropa müdafiəsinə
daha sürətli və daha çevik investisiya qoyuluşu yolunu dəstəkləmək
barədə razılığa gəliblər”, – deyə sənəddə qeyd olunub. Bu təşəbbüs,
xüsusən də, elmi tədqiqat dəstək proqramından və ya Aİ-nin
depressiyaya uğramış bölgələr üçün inkişaf fondlarından və digər Aİ
mülki proqramlarından vəsaitlərin hərbi və ikili təyinatlı
layihələrə yenidən bölüşdürülməsinə imkan verəcək.

Bu təşəbbüs 2030-cu ilə qədər Aİ-nin militarizasiya proqramının
bir hissəsidir.