Çempionlar Liqası: “Qalatasaray” qalib gəlib, “Barselona” xal itirib

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun
vurulub.

Trend xəbər verir
ki, ikinci oyun günündə daha doqquz qarşılaşma keçirilib.

Türkiyə təmsilçisi “Qalatasaray” Niderlandda “Ayaks”ı 3:0 hesabı
ilə üstələyib.

Qazaxıstanın “Kayrat” klubu İtaliyada “İnter”ə 1:2 hesabı ilə
uduzub.

Gecənin ən maraqla gözlənilən oyunlarından biri İngiltərədə
keçirilib. “Mançester Siti” doğma azarkeşləri önündə Almaniyanın
“Borussiya” (Dortmund) klubunu sınağa çəkib. Görüş “şəhərlilər”in
4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası IV tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 2:2

21:45. “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) – 1:0




00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund,
Almaniya) – 4:1

00:00. “İnter” (İtaliya) – “Kayrat” (Qazaxıstan) – 2:1

00:00. “Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya) – 0:1

00:00. “Brügge” (Belçika) – “Barselona” (İspaniya) – 3:3

00:00. “Ayaks” (Niderland) – “Qalatasaray” (Türkiyə) – 0:3

00:00. “Marsel” (Fransa) -“Atalanta” (İtaliya) – 0:1

00:00. “Nyukasl” (İngiltərə) – “Atletik” (İspaniya) – 2:0