Britaniya Kralı III Çarlz Devid Bekhemə cəngavər titulu verib

Baş səhifə
Britaniya Kralı III Çarlz Devid Bekhemə cəngavər titulu verib

Şəklin mənbəyi, PA

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Sir Devid Bekhem Kralı III Çarlz tərəfindən rəsmi olaraq cəngavər fəxri adına layiq görülüb.

Bu mükafat onun idman və xeyriyyəçilik sahəsindəki xidmətlərinə görə təqdim edilib.

İngiltərə millisində ilk dəfə 1996-cı ildə çıxış edən 50 yaşlı futbolçu 2000-2006-cı illər arasında milli komandanın kapitanı olub.