
Bakı. Trend:
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) qlobal maliyyə
sistemində inklüziv yanaşmaları müzakirə ediblər.
Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial
şəbəkə hesabında paylaşım edib.
“Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası
çərçivəsində İslam İnkişaf Bankının sədri Məhəmməd Süleyman
Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet
istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və
IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi
ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq”, –
nazir qeyd edib.

