ABŞ ordusu qitələrarası “Minuteman III” ballistik raketini sınaqdan keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu nüvə başlığı ilə təchiz olunmamış “Minuteman III”
qitələrarası ballistik raketinin təlim buraxılışını həyata
keçirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı
Vandenberq bazasında həyata keçirilib. Raket Marşal adaları
yaxınlığında düşüb.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp digər
nüvə dövlətlərinin fəaliyyətini əsas gətirərək Pentaqona dərhal
nüvə sınaqlarına başlamaq göstərişi verib.