Ov qaydalarını pozan Suriya və Qətər vətəndaşları cərimələndi

Baş səhifə

Bakı. Trend:

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı
Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov
qaydalarını pozan şəxslər saxlanılıb.

Trend
xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
məlumat yayıb.

Bİldirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin
Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib.




Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı “Toyota”
markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə
qanunsuz əldə edilmiş 1 Şahin quşu, 3 göyərçin və 4 cələ aşkar
olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq
hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş
quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.