Azərbaycan üzərindən Ermənistana gedən yük qatarı Gürcüstana doğru istiqamət götürüb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana
daşınmasına başlanılıb.

Trend xəbər
verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də
Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.




Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu
ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca
Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti
ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda
verdiyi bəyanatda qeyd etmişdi.