Finlandiya ordusunda xüsusi təyinatlı hərbçilərin sayı artırılacaq

Baş səhifə

Bakı. Trend

Finlandiya ordu komandanlığı əlahiddə bölmələrdə xüsusi
təyinatlı hərbçilərin sayını artırmağı planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, yaxın illərdə Finlandiya ordusunda xüsusi
təyinatlı hərbçilərin sayı artacaq, belə ki, aşağı zabit heyəti
üçün xeyli sayda yeni vakansiyalar açılacaq. Ümumilikdə 60-80
namizədin seçiləcəyi gözlənilir.

Qeyd olunur ki, xüsusi təyinatlı qüvvələr kəşfiyyat
əməliyyatlarında iştirak edir. Zərurət yarandıqda, həmin hərbçilər
təkcə ölkə daxilində deyil, həm də xaricdə tapşırıqların icrasına
cəlb oluna bilərlər. Onlar, xüsusilə beynəlxalq əməliyyatlarda
iştirak edə bilərlər.