ABŞ-də yerli sakinlər qaçan tədqiqat meymunlarını güllələyiblər

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatının sakinləri aşıb xəndəyə düşən yük
maşınının arxa qapısında qaçan iki rezus-makakanı
güllələyiblər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bir neçə gün əvvəl “PreLabs” adlı
biotibbi tədqiqatlarla məşğul olan təşkilata məxsus 21 meymunu
daşıyan yük maşını aşıb və Missisipi ştatının Heydelberq şəhəri
yaxınlığında xəndəyə düşüb.




Qəza nəticəsində beş heyvan hadisə yerinin yaxınlığında tutulub
və yatızdırılıb, üçü isə qaçmağa müvəffəq olub.

Qaçan üç meymunlardan birini 35 yaşlı qadın güllələyib.
Missisipi ştatının Vəhşi təbiət, balıqçılıq və parklar departamenti
ikinci meymunun başqa bir yerli sakin tərəfindən güllələndiyini
təsdiqləyib. Üçüncü meymun isə hələ də tapılmayıb.