Bakı. Trend:
Britaniyanın Nottinqem Universitetindən olan alim qrupu
zədələnmiş və ya silinmiş diş emalını bərpa edən gel hazırlayıb. Bu
geldən istifadə olunduqda dişlərin sağlamlığı daha da möhkəmlənir
və dişlərin çürüməsinin qarşısını alır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə elmi araşdırmanın
nəticələri “Nature Communications (Nat Com)” jurnalında dərc
edilib.
Məlumata görə, ənənəvi ftor-tərkibli vasitələrlə müqayisədə,
yeni gel problemi sadəcə maskalamır, o sözün həqiqi mənasında emalı
bərpa edir.
Geli tətbiq etdikdən sonra ərsəyə gələn nazik, möhkəm təbəqə
mikroçatları doldurur, sonra isə epitaksial mineralizasiya
prosesini işə alır.
Həmin proses ağız tüpürcəyi ilə daxil olan kalsium və
fosfatlardan ibarət yeni kristalların artımını nizamlayır.

