
Bakı. Trend:
“Qarabağ” və “Neftçi” arasında indiyə qədər keçirilən bəzi
matçlarda tərəflər avtoqollara görə də məyusluq yaşayıb.
Trend Peşəkar Futbol
Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar
arasında baş tutan oyunlarda qeydə alınan avtoqolların
statistikasını açıqlanıb.
İlk avtoqol – Səttar Əliyev (“Qarabağ”)– 14.11.1999. “Neftçi” –
“Qarabağ” – 2:0
“Neftçi”nin ilk avtoqolu – Jairo Rodriges – 21.08.2016.
“Qarabağ” – “Neftçi” – 3:0
İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jairo
Rodriges (“Neftçi”)– 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0,
25.10.2016. “Neftçi” – “Qarabağ” – 0:2
Ümumi avtoqol sayı – 13
“Neftçi”nin avtoqolları – 8
“Qarabağ”ın avtoqolları – 5
İki avtoqol olan yeganə oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi”
– 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)
Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran yeganə oyunçu –
Mateus Saldanya – 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4
Derbilərdəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola
“Neftçi” imza atıb.
4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib.
“Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola
üzülüb.
2016/2017-ci illər mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb.
“Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

