
“Elə bir cəmiyyətdə yaşayırıq ki, bir çox ölkələrdə fərqlilik anlayışı müxtəlif təhdidlərlə eyniləşdirilir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri “Fərqliliyin rəngi” festivalında çıxışı zamanıBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib:
“Azərbaycanda isə fərqlilik dedikdə sevgi və hörmət anlayışı başa düşülür. Tarixi obyektiv reallığın mövcudluğu dövlətin bu fərqliliyi qorumasının nə dərəcədə vacib olduğunu göstərir. Bunun ən aydın sübutu isə Vətən müharibəsidir. Milli birlik Vətən müharibəsində qələbənin qazanılmasında ən mühüm ideoloji dəyər olub”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

