
Bakı. Trend:
Cənubi Qafqaz regionundakı vəziyyət yaxşılaşmağa doğru meyl edir
və sülh prosesinin irəliləməsi üçün “3+3” platformasının
məsləhətçi-regional qrupunun fəaliyyətini bərpa etmək vacibdir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Təhlükəsizlik
Şurasının katibi Sergey Şoyqu bildirib .
“Ümumilikdə Cənubi Qafqazdakı vəziyyətin yaxşılaşma meyli
müşahidə olunur. Bununla yanaşı, biz hesab edirik ki, sülh prosesi
ilk növbədə regional çərçivədə həyata keçirilməlidir. Bu kontekstdə “3+3” platformasının məsləhətçi-regional qrupunun fəaliyyətini
bərpa etmək vacibdir”, – o, Moskvada keçirilən MDB-yə üzv
dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündə qeyd
edib.
O vurğulayıb ki, regionda nəqliyyat və kommunikasiya xətlərinin
açılması da böyük əhəmiyyət kəsb edir.

