Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir – Ramin Məmmədov

Baş səhifə

Bakı.Trend:

Sahib olduğumuz dövlət-din münasibətləri modeli sayəsində bu gün
Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət
edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz
beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir
nümunələrdən biri kimi tanınır.

Trend xəbər
verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən
“Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da
möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya
miqyasında tanıdır:

“Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış
tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın
birgəyaşayış fəlsəfəsinin ifadəsidir”.




R.Məmmədov bildirib ki, bir müddət öncə Dövlət Suverenliyi
Gününü qeyd etdik:

“Üç gün sonra isə Azərbaycanın ən şanlı tarixi – Zəfər Gününü
qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr
xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının
təntənəsidir. Suverenlik və Zəfər Konstitusiyamızın,
dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır”.