Ötən illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 faiz artırılacaq

Baş səhifə

Bakı. Trend:

Dövlət sosial müdafiə fondunun gəlirlərinin 20 faizdən çoxu
dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il
üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar ki, eynidir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial
siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




Deputat bildirib ki, 8 milyard 483 milyon manatlıq xərclərin 8
milyard 146 milyon manatı məhz əhaliyə ödənişlər üzrə
xərclərdir:

“Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat
ayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxu
məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə
gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz
artırılacaq”.