Bakıda müxtəlif dini icmaların geyimləri, milli əşyaları nümayiş olunur

Baş səhifə
Din

  • 05 noyabr, 2025
  • 11:56
Bakıda müxtəlif dini icmaların geyimləri, milli əşyaları nümayiş olunur

Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında Azərbaycanda müxtəlif dini icmaların adət-ənənələri, geyimləri, kitabları, milli əşyalarından ibarət nümunələr təqdim olunur.

“Report” xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar iştirak edirlər. Onların arasında Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və s. var.

Festival iştirakçıları dini icmaların stendləri ilə tanış olub, ədəbiyyat nümunələri və əl işləri ilə tanış olublar.