ADY yağışlı hava ilə bağlı məlumat yaydı

Baş səhifə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

Sərnişinləri platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.