“Neftçi” basketbol klubunun kapitanı Amil Həmzəyev FIBA Avropa Kubokunun IV turunda üz-üzə gələcəkləri Polşanın “Trefl” klubuna qalib gələcəklərini düşünür.
O, bu barədə “Report”a açıqlama verib.
35 yaşlı oyunçu bu gün baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, bugünkü görüşdə qalib gələcəyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Amma rəqibin güclü olduğunu da söyləməliyəm”.
A.Həmzəyev bu rəqibə səfərdə uduzduqları (63:92) ilk matç haqqında da danışıb:
“Həmin vaxt səfərdə çıxış etməyimizə baxmayaraq, yaxşı oyun sərgiləmişdik. Ancaq evdə tamam fərqli qarşılaşma olacağına əminəm”.
Qeyd edək ki, I qrupunun “Neftçi” – “Trefl” görüşü Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

