Gələn il 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması nəzərdə tutulur

Baş səhifə

Bakı. Trend:

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0
milyon manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət
komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən
sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz
əksini tapıb.




Bildirilib ki, 2026-cı il üçün planlaşdırılmış işlər
çərçivəsində 100 yeni peşə və kvalifikasiya standartının
hazırlanması və 135 mövcud standartın yenilənməsi nəzərdə
tutulur.

Bu, həm də təhsil sistemində kurikulumların peşə standartlarına
uyğun şəkildə tərtib olunmasını təmin edərək əmək bazarında bilik
və bacarıqların aktual saxlanmasına imkan yaradacaqdır. Qeyd etmək
lazımdır ki, cari ildə artıq 1300-dən çox peşə və kvalifikasiya
standartı Nazirliyin “e-sosial” internet portalının “Peşə və
kvalifikasiya standartlarının reyestri”ndə yerləşdirilib.