Bakı. Trend:
Filippində dağıdıcı “Kalmaeqi” tayfunu qurbanlarının sayı 93
nəfərə çatıb, yüz minlərlə insan yaşadıqları evləri tərk etmək
məcburiyyətində qalıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ən çox itki Sebu əyalətində qeydə alınıb. Adaya
aylıq normadan artıq yağntı düşüb ki, bu da genişmiqyaslı
daşqınlara yol açıb.
Yerli Mülki Müdafiə qurumunun məlumatına görə, 53 yaşayış
məntəqəsində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan
edilib.

