“Qarabağ” Bakıda “Çelsi”ni qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində
növbəti oyununu keçirəcək.

Trend xəbər
verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda
“Çelsi”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq
qarşılaşma saat 21:45-də başlayacaq.




Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın
baş hakimi Sebastyan Qishamer, onun köməkçiləri Roland Ridel və
Santino Şrayner olacaqlar. Dördüncü hakim funksiyasını isə Valter
Altmann yerinə yetirəcək.

Qeyd edək ki, ilk 3 turdan sonra hər iki komandanın aktivində 6
xal var. Turnir cədvəlində “Qarabağ” 13-cü, “Çelsi” isə 11-ci
pillədə qərarlaşıb.