Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri innovativ və dayanıqlı inkişaf məkanına çevrilib.
“Report”un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 5-də “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur:
“Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar”.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

