Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb – Baş prokuror

Baş səhifə

Zəngilan. Trend:

Azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların
düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının
müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin
əsas istiqamətlərini təşkil edir

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda
konfransda deyib.




Kamran Əliyev qeyd edib ki, azad olunmuş ərazilərdə prokurorluq
orqanlarının üzərinə mühüm vəzifələr düşür.

“Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər
həyata keçirilir. Azad bu edilmiş ərazilərdə prokurorluq
orqanlarının fəaliyyəti bərpa olunmuş, kadr təminatı gücləndirilib
əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri
şərait yaradılıb”.