
Bakı. Trend:
2025-ci ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu
ilə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin
mətbuat katibi Ruzbeh Məmməd məlunat verib.
O bildirib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri
nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar
qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:
“Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri
sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan
sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı
məhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri
anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə
müalicəyə cəlb olunub”.
Onun sözlərinə görə, tibbi personal tərəfindən bütün
pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım,
həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq
olunub.
“Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki,
4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün
olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok,
sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək
dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub”,- deyə o
əlavə edib.

