“Real”da penalti zərbələri ilə bağlı qərar qəbul edilib

Baş səhifə

Bakı. Trend:

“Real”ın hücumçusu Kilian Mbappe artıq penalti zərbəsini vurmaq
hüququnu komanda yoldaşlarına verməyəcək.

Trend xəbər verir ki,
noyabrın 1-də Madrid klubu La Liqanın 11-ci turunda “Valensiya”nı
4:0 hesabı ilə məğlub edib. Mbappe 19-cu dəqiqədə penalti
zərbəsindən hesabı açıb. 42-ci dəqiqədə “kral klubu” hesab 2:0
olarkən daha bir penalti qazanıb. Fransalı futbolçu bu dəfə zərbə
hüququnu Vinisius Juniora verib, lakin braziliyalı topu qapıdan
keçirə bilməyib.




“The Athletic”in məşqçi heyətindəki mənbələrə istinadən
yazdığına görə, komandanın əsas penalti icraçısı təyin olunan
Mbappe bundan sonra bu hüququ başqasına verməyəcək. İstisna hallar
yalnız komanda böyük hesabla öndə olduqda mümkündür.