Bakı. Trend:
Yunus Akgün “Qalatasaray” – “Ayaks” matçında oynaya
bilməyəcək.
Trend xəbər
verir ki, futbolçu məşq zamanı zədələnib.
Klubun məlumatına görə, ulduz futbolçu “Ayaks”la qarşılaşma
öncəsi keçirilən son taktiki məşqi ağrılar səbəbindən yarımçıq tərk
edib. Akgünün sol dizində zədə aşkarlanıb və onun müalicə prosesinə
başlanılıb.
Məlumata görə, futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan
uzaq qalacağı gözlənilir. Bu səbəbdən o, UEFA Çempionlar Liqasında
Hollandiya təmsilçisi “Ayaks”la keçiriləcək qarşılaşmanın heyətinə
daxil edilməyib.
Qeyd edək ki, “Ayaks” – “Qalatasaray” qarşılaşması sabahBakı
vaxtı ilə saat 00:00-da başlayacaq.

