
Bakı. Trend:
Azərbaycan və Fransa diplomatları arasında müzakirələr
aparılıb.
Trend xəbər
verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut “X”
hesabında yazıb.
“Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buşvalter
və Fransa Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris
Rokföy ikitərəfli münasibətləri və regional məsələləri müzakirə
etmək üçün Bakıya səfər ediblər.
Onlar Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar
üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüblər. Bu görüş,
Prezident İlham Əliyev və Emmanuel Makron arasında keçirilən son
görüşlərin ardınca, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi
istiqamətində çox müsbət addım olub”, – deyə səfir qeyd edib.

