İslamiada: Azərbaycanın futzal millisi ilk oyununda qələbə qazanıb

Baş səhifə
İslamiada: Azərbaycanın futzal millisi ilk oyununda qələbə qazanıb

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.

“Report”un məlumatına görə, yığma A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.