
Bakı. Trend:
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına qəbuluna dair
danışıqlara başlanması barədə təkrar tövsiyə irəli sürüb və bu
prosesin ilin sonunadək başlanacağına ümid edir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı
zamanı genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos
danışıb.
“Avropa Komissiyası hesab edir ki, Ukraynanın Aİ-yə qəbuluna
dair danışıqlar 2025-ci ilin sonunadək başlamalıdır”,- deyə
avrokomissar qeyd edib. O, Kiyevin bunun üçün “bütün meyarlara əməl
etdiyini” vurğulayıb.
Oxşar tövsiyə Avropa Komissiyası tərəfindən 2024-cü ildə də
irəli sürülmüşdü, lakin Ukraynada macar azlığının sıxışdırılması
səbəbindən Macarıstanın Aİ Şurasında etirazı nəticəsində
danışıqların praktiki şəkildə başlaması bloklanmışdı.

