Bakı.Trend:
“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevlə bağlı
hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi baş
tutub.
Trend xəbər
verir ki, Ali Məhkəmədə keçirilən prosesdə Habil Vəliyev kassasiya
şikayətini geri götüməklə bağlı müraciət edib.
Müraciəti təmin edib.
Bildirək ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmünə əsasən, 8 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il endirib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb
etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli
sürülüb.

