Azərbaycanın millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Baş səhifə
Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C liqasında mübarizə aparacaq.

Püşk zamanı ikinci səbətdə yer alan yığma III qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.