Bakı. Trend:
İspaniyanın Xosep Karreras Leykemia İnstitutunun tədqiqatçıları
müəyyən ediblər ki, “H2A” makrohiston ailəsinə aid olan üç zülal
variantından istənilən birinin çıxarılması, əlavə yan təsirlər
olmadan qan xərçənginin (leykozun) müalicəsində yeni üsul kimi
istifadə oluna bilər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Araşdırmanın nəticələri “Science Advances (SciAdv)” jurnalında
dərc olunub.
Leykoz zamanı sümük iliyində anormal leykoz hüceyrələri toplanır
və nəticədə normal qan yaranması prosesi “sıxışdırılır”. Bu növ
xərçənglə mübarizə tibbin ən çətin problemlərindən biridir, çünki
leykoz çox vaxt müalicə başa çatdıqdan bir müddət sonra yenidən
inkişaf etməyə başlayır . Hazırda alimlər xromatinlə — genetik
məlumatın saxlandığı və genlərin fəaliyyətini tənzimləyən
strukturlarla –əlaqəli yeni terapevtik hədəflər axtarırlar.
Histon sinfinə aid olan zülallar, o cümlədən “macroH2A”,
xromatinin quruluşunun və genomun sabitliyinin qorunmasında iştirak
edir.
Yeni araşdırmada komanda sağlam siçanlarda “macroH2A”nın üç
variantının hər birinin çıxarılmasının nəticələrini öyrənib.
“MacroH2A1.1” in çıxarılmasından sonra yan təsir kimi böyrəklərin
fəaliyyətində yüngül pozuntu müşahidə olunub. Alimlərin sözlərinə
görə, bu hal maddələr mübadiləsindəki dəyişiklik yağ mübadiləsindən
karbohidrat mübadiləsinə keçidlə əlaqəlidir. Bu təsiri sadə
qidalanma dəyişiklikləri ilə aradan qaldırmaq mümkün olub.

