“Trendyol”da qiymətlər artdı –

Baş səhifə

Vətəndaşlar “Trendyol”da məhsulların qiymətlərindən narazıdırlar.

Metbuat.az-ın məlumatına görə, alıcılar bildirirlər ki, istənilən məhsul Türkiyə bazarında daha ucuz olduğu halda, Azərbaycana 2-3 qat baha qiymətə satılır:

“Türkiyədə 3 manat 50 qəpiyə satılan corab Azərbaycan üçün 13 manatdır. Hətta promo endirimlərdən sonra belə, həmin məhsullar Türkiyə bazarındakı qiymətdən yenə baha olur. Üstəlik, buna daşınma haqqı da əlavə edilir”, – deyə vətəndaşlar bildiriblər.

Qeyd edək ki, qiymətlər arasındakı böyük fərqlə bağlı “Trendyol Azərbaycan”a sorğu ünvanlamışıq.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.